EN

ABŞ-nin polad tədarükünə tətbiq etdiyi rüsumlar martın 12-də qüvvəyə minəcək

Xaricdən ABŞ-yə polad tədarükünə tətbiq olunan 25 % gömrük rüsumu martın 12-də qüvvəyə minəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin saytında dərc edilmiş fərmanında deyilir.

Sənədə əsasən, D.Trampın ilk prezidentlik müddətində tətbiq etdiyi rüsumların ləğvi barədə ABŞ-nin əvvəlki Prezidenti Cozef Baydenin imzaladığı qərarlar martın 12-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-də qüvvədən düşəcək.

Qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Kanada, Avropa İttifaqı, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.

"Mən müəyyən etdim ki, bu ölkələrdən polad məmulatlarının idxalı milli təhlükəsizliyə zərər vermə riski daşıyır və 12 mart 2025-ci il tarixindən etibarən bu sazişlərə xitam verilməsini qərara aldım", - fərmanda deyilir.

Bazar ertəsi D.Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Chosen
5
report.az

1Sources