EN

Suriya prezidentindən Trampın Qəzza planına sərt reaksiya

Suriya Prezidenti Əhməd Şəra ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planlarına sərt reaksiya verib.

Gundem.az xarici mediaya istinadla xəbər verir ki, o, Trampın fələstinliləri öz torpaqlarından köçürmək təşəbbüsünü nə müdrik, nə əxlaqi, nə də siyasi baxımdan düzgün hesab etdiyini bildirib.

Suriya lideri vurğulayıb ki, heç bir güc insanları öz torpaqlarından qovmağa nail ola bilməz:

"Bir çox ölkə bunu etməyə çalışdı, lakin hamısı uğursuz oldu. Xüsusilə də Qəzzadaki son müharibə zamanı insanlar ağır əzablar, ölümlər və dağıntılarla qarşılaşsalar da, öz torpaqlarını tərk etməkdən imtina etdilər. Trampın fələstinliləri məcburi köçkün etməyə yönəlmiş cəhdi nə müdrik, nə əxlaqi, nə də siyasi baxımdan doğrudur" .

Müsahibə zamanı Prezident Şəra Trampın indiyə qədər bəzi müsbət mesajlar verdiyini vurğulayıb. Xüsusilə, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün göstərdiyi cəhdləri yüksək qiymətləndirib. O, Trampın qlobal münaqişələrin həllində əsas oyunçu ola biləcəyini də qeyd edib.

Chosen
11
4
gundem.az

5Sources