EN

İrandan Azərbaycana gətirilən 47 min ton kartof məhv edildi - AQTA səbəbini açıqladı

Image

İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Mətləb





Chosen
25
22
baki-xeber.com

10Sources