EN

ABŞ Ədliyyə Departamenti Nyu-York merinin korrupsiya işini dayandırıb - ÖZƏL

ABŞ Ədliyyə Departamenti Manhetten prokurorlarına korrupsiyada ittiham olunan Nyu-York meri Erik Adamsa qarşı işdən imtina etməyi əmr edib . 

Olaylar.az xəbər verir ki, bu barədə bazar ertəsi New York Times (NYT) məlumat yayıb.

Qeyd olunur ki, sərəncam ABŞ baş prokurorunun müavini vəzifəsini icra edən Emil Bovenin məktubunda göndərilib . O, bu qərarı onunla əsaslandırıb ki, merə qarşı irəli sürülən ittihamlar Adamsın qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə ABŞ prezidenti Donald Trampla əməkdaşlıq imkanlarını məhdudlaşdırıb.

Ədliyyə Departamenti həmçinin Adamsın 2024-cü ilin sentyabrında ittiham olunduqdan sonra ləğv edilmiş təhlükəsizlik icazəsinin bərpa olunmasını əmr etdi. Bove məktubunda iddianı gətirən prokuror və keçmiş prezident Joe Biden də tənqid edilib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources