EN

Komanda kimə tapşırıldı? - SON DƏQİQƏ XƏBƏRİ

«Difai»ni bundan sonra meydana çıxaracaq məşqçi müəyyənləşib.

«Fədailər» Aydın Qasımova tapşırılıb.

Buna qədər baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirən mütəxəssis fevralın 14-də iş başında görünəcək. Qarabağ qazilərinin təmsilçisi həmin gün «Zaqatala»nın qonağı olacaq.

Dünən «Difai»də baş məşqçi ayrılığı gerçəkləşib. I Liqanın son turunda «Qəbələ»yə 0:1 hesabıyla uduzan «fədailər»in Xaqani Məmmədovla işbirliyi axıra çatıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

X.Məmmədov ötən ilin noyabr ayının əvvəlində komandanın sükanı arxasına keçmişdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb.

«Difai» bu müddət ərzində «Baku Sportinq»i 2:0 hesabıyla üstələyib, «Mingəçevir» və «Karvan»la heç-heçə edib.

14 tura 9 xal toplayan kollektiv hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

A.Qasımov 3 ildən artıqdır «Difai»dədir. O, 2022/23-cü il mövsümündə Region Liqasında mübarizə aparmış komandanın ilk baş məşqçisi olaraq tarixə düşüb.

SPORTİNFO.AZ

Chosen
5
1
sportinfo.az

4Sources