EN

Lənkəranda fermada yanğın oldu

Lənkəranda fermanın tavan hissəsi yanıb.

Hadisə səhər saatlarında rayon ərazisində baş verib.

Qərənfil Əzizağa qızı Əkbərova məxsus, ümumi sahəsi 200 kv olan fermanın 10 kv tavan hissəsi yanıb. Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Saat 10:03 radələrində yanğınsöndürənlər xidməti yerinə qayıdıblar.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəlil Əliyev

Mənbə: unikal.az

Chosen
10
5
unikal.az

7Sources