Avrozonada investorların inam indeksi yüksəlib.
Yanvarda ayında mənfi 17,7 olan investorların inam indeksi fevralda 5 bənd artaraq mənfi 12,7 olub.
Bazar proqnozları 2024-cü ilin iyul ayından bu vaxtadək ən yüksək səviyyəyə çatan indeksin mənfi 16,3 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi isə mənfi 5-dən 1-ə yüksəlib. Beləliklə də, indeks ötən ilin iyulundan bəri ilk dəfə sıfırı keçib.
Cari vəziyyət indeksi də mənfi 29,5-dən mənfi 25,5-ə yüksəlib.