Amerikalı milyarder İlon Maskın başçılıq etdiyi bir investor qrupu “ChatGPT” süni intellekt modelinin yaradıcısı “OpenAI”-ni əldə etmək üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də çıxan nüfuzlu “The Wall Street Journal” nəşri Maskın vəkili Mark Toberoffun açıqlamalarına istinadən Maskın başçılıq etdiyi investorların “OpenAI” idarə heyətinə şirkəti satın almaq üçün təxminən 97,4 milyard dollar təklif etdiyini bildirib.
Digər tərəfdən, “OpenAI CEO” şirkətinin həmtəsisçisi Sam Altman “X” hesabında etdiyi bir paylaşımda iddialara cavab olaraq, "Xeyr, sağ olun, amma istəyirsinizsə, “Twitter”-i 9,74 milyard dollara ala bilərik" deyib.