EN

Şabranda məktəbdə qalmaqal - Şagirdlər köçürülür? - VİDEO


Şabran şəhəri 4 nömrəli tam orta məktəbdə direktorla valideynlər arasında qalmaqal yaşanıb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, valideynlər məktəbin bağlanacağını və şagirdlərin başqa təhsil müəssisələrinə köçürələcəyini iddia edirlər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar".




Chosen
46
4
bakupost.az

8Sources