Ukrayna müharibənin 1084-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 851 880 hərbçi, 10 014 ədəd tank, 20 844 ədəd zirehli döyüş maşını, 22 923 ədəd artilleriya sistemi, 1 275 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1060 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 36 807 ədəd avtomobil texnikası, 24 755 ədəd PUA, 3056 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 741 xüsusi avadanlıq itirib.