“Qobu” elektrik stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıb.
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Qobu” modul tipli elektrik stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.
Operativ Media bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri 18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.
Xatırladaq ki, “Qobu” modul tipli elektrik stansiyasının açılışı 2022-ci ilin fevralın 11-də olub.