EN

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi BAŞA ÇATDI

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.


Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.


Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.


Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.




Chosen
43
46
referans.az

10Sources