EN

Qarabağ regionunun "Örnək müəllim"ləri - TANIYAQ

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Qarabağ regionunu əhatə edən həmin 10 müəllimin siyahısı: 

 

1.Sevinc Şükürova - Şuşa rayon 10 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;

2.Vasif Rəhimov - Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;

3.Rəqşanə Məmmədova - Ağdam rayon Qaradağlı kənd tam orta məktəbdə Biologiya müəllimi;

4.Çimnaz Abdullayeva - Ağdam rayon Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində İnformatika müəllimi;

5.Afərim Əmirova - Azərbaycan dili və ədəbiyyat müəllimi;

6.Ülviyyə İsmayılova - Ağcabədi şəhər S. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə Rus dili müəllimi;

7.Nigar Şükürova -  Bərdə şəhər, 4 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;

8.Ofeliya Rəsulova - Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;

9.Rumilla Süleymanova - Bərdə rayon E.Məmmədov adına Samux kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;

10.Esmira Qəhrəmanova - Tərtər Rayon Sarıcalı kənd Rövşən Səfərov adına tam orta məktəbində İbtidai sinif müəllimi.

Chosen
15
5
azedu.az

6Sources