EN

Komitə sədrləri Gürcüstana gedirlər

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Məclisin komitə sədrləri bu ölkənin ali qanunvericilik orqanında olacaq, Gürcüstan parlamentinin rəhbərliyi və komitə sədrləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, səfər fevralın 13-də başa çatacaq.

Chosen
17
8
news24.az

9Sources