EN

Avropa anbarlarında təbii qaz azalıb

Avropa

Avropanın təbii qaz anbarlarının doluluq dərəcəsi keçən ilin eyni dövründəki 67 faizlik doldurma nisbətindən əhəmiyyətli dərəcədə azalaraq 50 faizdən aşağı düşüb.

Reyting.az
xəbər verir ki, Avropa Birliyiölkələri arasında ən aşağı təbii qaz saxlama qabiliyyətinə malik ölkə 29,9 faizlə Fransa olub.

Bölgənin ən böyük enerji istehlakçılarından biri olan Fransada qaz anbarlarında doluluq səviyyəsi Avropa Komissiyasının müəyyən etdiyi 41 faizlik hədəfdən aşağıdır.

Avropa İttifaqına daxil olmayan ölkələr arasında Ukraynada anbar doluluq nisbəti 9,3 faiz, Böyük Britaniyada isə 25,7 faiz olaraq qeydə alınıb.

Portuqaliyanın anbarları tam gücü ilə seçilir, 88 faizlə İsveç ikinci, 69 faizlə İspaniya üçüncüdür.

Fevralın 10-na Avropanın təbii qaz anbarlarının doluluq nisbəti 48,5 faiz olaraq qeydə alınıb. Ötən ilin eyni dövründə anbarların doluluq nisbəti 67 faiz təşkil edib.

Hər il 400 milyard kubmetrdən çox təbii qaz istehlak edən Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı müharibə ilə Rusiyadan təbii qaz almağı dayandırıb və Rusiya ilə Ukrayna arasında təbii qaz tranziti müqaviləsinin müddəti 31 dekabr 2024-cü ildə başa çatıb. Enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görən Aİ ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) idxalına üz tutaraq səmərəlilik istiqamətində addımlar atıb.

Onu da qeyd edək ki, Aİ-yə üzv olan 27 ölkədən 18-də təbii qaz anbarı var. Ən yüksək qaz saxlama qabiliyyəti Avropanın aparıcı iqtisadiyyatı Almaniyadadır. Almaniyanın təbii qaz anbarlarının ümumi tutumu 25,1 milyard kubmetrdir. Bu ölkəni 20,2 milyard kubmetrlə İtaliya, 14,7 milyard kubmetrlə Hollandiya, 13,2 milyard kubmetrlə Fransa, 9,8 milyard kubmetrlə Avstriya və 6,9 milyard kubmetrlə Macarıstan izləyir. Bundan əlavə, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, İspaniya, Xorvatiya, Polşa və Rumıniya kimi ölkələrin də təbii qaz saxlama qabiliyyəti var. Avropanın ümumi təbii qaz anbar tutumu təxminən 113 milyard kubmetrdir.

Digər tərəfdən, Avropada qaz çənlərinin dolu olduğunu göstərən müxtəlif rənglər dəyişdirilib. Əvvəllər 71-100 faiz doluluq yaşıl rənglə göstərilib, “etibarlı”, 51-70 faiz doluluq sarı rənglə, 50 faizdən aşağı olanlar isə “təhlükəli” hesab edilən qırmızı rənglə göstərilib.

V. QULİYEV
Chosen
22
2
reyting.az

3Sources