EN

"Fənərbağça"nın yanvarda aldığı oyunçu Rusiya klubuna keçir

"Fənərbağça"nın sağ cinah müdafiəçisi Oqnen Mimoviç Rusiya klubuna keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Yağız Sabuncuoğlu yayıb.

Xəbərə görə, 20 yaşlı futbolçu icarə əsasında "Zenit"in formasını geyinəcək. Mənbə tərəflərin razılığa gəldiklərini vurğulayıb.

Qeyd edək ki, "Fənərbağça" Mimoviçi ötən ay, 6,7 milyon avro qarşılığında "Srvena Zvezda"dan alıb. 

Nihat

Chosen
21
fanat.az

1Sources