EN

Qanunsuz silahlar aşkar olunaraq götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 tapança, 7 qumbara, 8 tüfəng, 7 patron darağı və 429 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Chosen
1
36
xalqqazeti.az

10Sources