EN

Əvəzedicilər: “Kəpəz” səfərdə uduzdu, “Neftçi” qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 22-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Araz-Naxçıvan”la “Kəpəz”in əvəzediciləri arasındakı 6 qolluq oyunda Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib. “Zirə”nin ikinci komandası isə “Neftçi-2” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.

22-ci tura fevralın 12-də keçiriləcək son bir oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
22-ci tur
10 fevral

“Şamaxı-2” – “Sumqayıt-2” 1:4
Qollar: Murad Vəliyev, 28 – Uğur Cahangirov, 23. Sənan Muradlı, 52. Əjdər Hacılı, 77. Nihad Orucəli, 83.
Hakimlər: Elvin Bayramov, Zöhrab Abbasov, Aydın Baxşıyev, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Sabah-2” – “Turan Tovuz-2” 5:0
Qollar: Ramil Nuraxmedov, 19. İlkin Cəfərli, 38. Şahin İbrahimov, 61; 79. Amir Qəribov, 74.
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Orxan İbişov, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.

11 fevral

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 4:2
Qollar: Bayraməli Qurbanov, 52; 73. İftixar İbrahimov, 64. Nicat Quliyev, 87 – Amin Ağayev, 61-öz qapısına. Nihad İsaqov, 89.
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2” 1:3
Qollar: Ramiz Muradov, 89 – İbrahim Novruzov, 41. Kamal Kazımov, 56; 90+3.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Sənan Bayramzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 15:00.

12 fevral

“Qarabağ-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 15:00.

Chosen
3
2
arena.az

5Sources