EN

İbrahim Ramazanov yenidən “Qəbələ”də

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, akademiyalarının yetirməsi İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.

Qeyd edək ki, İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.

İdman.biz

Chosen
41
9
idman.biz

10Sources