EN

Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilib (FOTO)

Bakı. Trend:

Yaponiyanın ən böyük musiqi mərkəzlərindən biri olan “YamahaMusic Yokohama Minatomirai”da “Azərbaycan bəstəkarı Qara Qarayevinmusiqisi ilə tanışlıq” mövzusunda konsert-mühazirə keçirilib. Bu,mərkəzin tarixində Azərbaycan bəstəkarının yaradıcılığına həsrolunmuş ilk musiqi tədbiri olub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, layihənin təşəbbüskarı Yaponiyada yaşayanazərbaycanlı pianoçu Gülnarə Səfərovadır. O, konsert-mühazirədəAzərbaycan klassik musiqi tarixindən və Qara Qarayevyaradıcılığından danışıb, dahi bəstəkarın fortepiano üçünəsərlərini ifa edib.

“Yamaha Music Yokohama Minatomirai”nin təşkilatçılığı ilə baştutan konsert-mühazirə bir gün ərzində iki dəfə olub və anşlaqlakeçib.

Qeyd edək ki, Yaponiyanın “Zen-On” nəşriyyat evində QaraQarayevin fortepiano üçün əsərlərindən ibarət not kitabı buraxılıb.Kitabda yapon və ingilis dilində verilən metodik tövsiyələr GülnarəSəfərova tərəfindən işlənilib. Bəstəkarın “Simli kvartet, "Yeddigözəl" baletindən süita və "Don Kixot" simfonik qravürlərininpartituraları Yaponiyanın bütün musiqi mağazalarında və onlaynplatformalarda satılır.

Hazırda Yaponiyada Qara Qarayevin bəstəkarlıq irsi ilə tanışlıqvə musiqisinin təbliği işləri davam etdirilir. 2026-cı ildənbaşlayaraq Tokionun gənc pianoçular müsabiqəsinin proqramına XXəsrin görkəmli bəstəkarları sırasında Qara Qarayevin də əsərlərinindaxil edilməsinə qərar verilib.

Azərbaycan dövlətinin diaspor və mədəniyyət siyasətinə,“Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası vəKonsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci MilliFəaliyyət Planına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə cari ilin ikinci yarısında Yaponiyada Qara Qarayevyaradıcılığı ilə bağlı böyük bir layihə və tədbirin həyatakeçirilməsi nəzərdə tutulur.

Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Chosen
6
2
az.trend.az

3Sources