EN

Onlayn qumar təşkil edən daha bir dəstə ifşa edildi (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Başİdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dahabir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusiəməliyyat keçirib.

DİN-dən Trend-ə bildirilib ki, müxtəlif adlar altında açılmışsəhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsihalları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texnikitədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü ElçinQuliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfərsaxlanılaraq məsuliyyətə cəlb olunublar.

Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlifyollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya,Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadəedərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonrahəmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsussaytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

“Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlarabirbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkəərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdüklərimənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyətgöstəriblər.

Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrıvətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkarfəaliyyətdə istifadə olunub. Məhkəmə qərarları əsasında dəstəüzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlancyerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları,saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıqmobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sairmaddi sübut kimi götürülüb.

Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarınındövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb.E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitinileqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasınıhəyata keçirərək özünün və yaxın qohumlarının adına heç birfəaliyyəti olmayan şirkətlər açıb.

O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraqxarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevinhəmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmillicinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdəgörüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizlisövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərininqanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaqsahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillərmüəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələriilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E.Quliyev vədaha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Xaricdə və ölkə daxilində gizlənən dəstə üzvlərinin məsuliyyətəcəlb edilməsi istiqamətində də müvafiq hüquqi prosedurlarbaşlanılmaqla əməliyyat tədbirləri davam etdirilir.

Chosen
2
48
az.trend.az

10Sources