EN

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv ETDİ

“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda qeyd olunub.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.

2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifət tərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərlik etmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründə Suriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nə kimi davam edəcək. Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçid dövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icra edəcəyini bildirib.

Chosen
10
9
unikal.az

10Sources