EN

2024-cü ildə AI investisiyaları nə qədər olub? - Bütün zamanların rekordu

Süni intellekt (AI) startaplarına vençur kapitalı sərmayəsi 2024-cü ildə rekord səviyyəyə - 110 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 62% çoxdur. 

Valyuta.az xəbər verir ki, "TechCrunch"un məlumatına görə, bu məlumat "Dealroom" analitik şirkəti tərəfindən Fransada keçirilən AI Fəaliyyət Sammiti çərçivəsində təqdim olunan yeni hesabatında qeyd olunub.

Eyni zamanda, texnoloji şirkətlərə (startup və miqyaslı şirkətlər) ümumi investisiyalar 2023-cü illə müqayisədə 12% azalaraq 227 milyard dollar təşkil edib.

"Dealroom"un təsisçisi Jorem Viynqaard deyib: "Bu, mütləq mənada ən böyük investisiya dalğasıdır. Əvvəllər belə bir şey olmamışdı".

İnvestisiyalar aparat, proqram təminatı, infrastruktur, tətbiqlər və fundamental modellər daxil olmaqla, AI-nin müxtəlif sahələrinə yayılır. 2024-cü ildə ən çox maliyyə toplayan şirkətlər arasında "Anthropic" (böyük dil modelləri və generativ süni intellekt), "Waymo" (özünü idarə edən avtomobillər), "Anduril" (müdafiə texnologiyaları), "xAI" (AI proqramlarının inkişafı), "Databricks" (məlumatların emalı və AI üçün idarə edilməsi) və "Vantage" (məlumat mərkəzləri və infrastruktur).

2024-cü ildə cəlb olunan investisiyaların həcminə görə lider "Databricks" şirkəti olub - şirkət 10 milyard dollar sərmayə cəlb edərək "OpenAI"ni qabaqlayıb. "OpenAI" isə 6,6 milyard dollar investisiya əldə edib. Bununla belə, məhz "OpenAI" öz fundamental modelləri, generativ süni intellekti və populyar "ChatGPT" tətbiqi sayəsində süni intellekt sənayesinin simvolu hesab olunur.

Eyni zamanda, AI investisiya bazarı dünya üzrə qeyri-bərabər paylanıb. ABŞ-da bütün vençur kapitalı investisiyalarının 42%-i (80,7 milyard dollar) süni intellekt üzrə startaplara yönəlib. Avropada bu rəqəm 25% (12,8 milyard dollar), dünyanın qalan hissəsində isə 18% təşkil edir. Çin 7,6 milyard dollar investisiya cəlb edərək, digər ölkələr arasında lider olub.

Böyük süni intellekt layihələrinə əhəmiyyətli investisiya qoyulmasına baxmayaraq, alternativ, açıq mənbəli yanaşmalara maraq artır. 2024-cü ildə süni intellekt sahəsində vençur maliyyələşdirməsinin təxminən 12%-i açıq mənbə həlləri hazırlayan startaplara yönəldilib.

2024-cü ildə süni intellektə ən aktiv sərmayə qoyan vençur kapitalı firmaları arasında "Dealroom Antler", "a16z", "General Catalyst", "Sequoia" və "Khosla Ventures"i vurğulayır.

Paşa Məmmədli

Chosen
45
50
valyuta.az

10Sources