EN

Əli Məsimlidən Rusiyanın təzyiq və təhdidlərinə qarşı Milli Həmrəylik çağırışı - MƏQALƏ

Keçmiş Baş nazir, Milli Məclisin deputatı Əli Məsimli Rusiyanın Azərbaycana qarşı təhdid və təzyiqləri ilə bağlı məqalə qələmə alıb. AzNews.az vətəndaşlara həmrəylik çağışı edən məqaləni təqdim edir:

Azərbaycanın xarici siyasətindəbütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas yer tutur. Hansısa məsələdə fikir ayrılığı olanda, ölkəmiz beynəlxalq hüquq, hər iki tərəfin tanıdığıaidiyytı sahə üzrə beynəlxalq konvensiya və digər sənədlərin əsas prinsiplərinə uyğun həll yoluna üstünlük verir.

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın "Pantsir-S"hava hücumundan müdafiə sistemi tərəfindən vurulması nəticəsində baş verən faciəvi aviaqazada xeyli insan həlak oldu. Azərbaycan bu məsələnin beynalxalq normalar çərçivəsində çözülməsi,Rusiyanın məsuliyyəti öz üzərinə götürüb kompensasiya ödəməsikimi ədalətli mövqeyini ortaya qoydu. Lakin Rusiya tərəfi bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, əvvəlcə primitiv manupulyasiyalarla məsuliyyətdən yayınma yolunu tutdu,Sonra Rusiyanın yox, Azərbaycan tərəfinin Rusiyadan üzr istəməli olduğu kimi gülünc tezisləri dövriyyəyə buraxdı. Son günlər isə Rusiya mediası vasitəsilə və Dövlət Dumasında Rusiyanın hakim partiyasını təmsil edən deputatların dili ilə Azərbaycana qarşı bir təhdid, təhqir, təzyiq və aşağılama kampaniyaya başlayıb.Bu kompaniyanin əsas tezisləri yenə də Rusiyanın şovinizmlə yoğrulmuş imperiya ambisiyasından qaynaqlanan “həmin dalğa-həmin koordinat” məsələsidir. Bu yolla Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, Rusiyada yaşayan soydaşlarımıza qarşı məkrli kampaniyanı yürütmək istəyirlər.

Rusiya, AZAL-ın təyyarəsini vurması ilə bağlı Azərbaycanın haqlı möveyini anlayışla qarşılamaq, həqiqətin üzə çıxması üçün şəffaf araşdırmada maraqlı olmaq, hazırda beynəlxalq ictimaiyyətin gözündə formalaşmış ifrat mənfi yülklü imicinə heç olmasa müəyyən müsbət notlar qatmaq üçün təyyarənin qəzaya uğramasında məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını təmin etməyə və kompensasiya ödəməyə hazır olduğunu bəyan etmək əvəzinə, ölkəmizə qarşı başladığı kompaniyanın mövzu və mahiyyəti göstərir ki, AZAL-ın təyyarəsinin vurması ilə bağlı olaylar Rusiyanın Azərbaycana qarşı məkrli niyyətinin yalnız görünən tərəfidir və Azərbaycan daxil,postsovet məkanna aid ölkələrə münasibətdə sərgilədiyi ənənəvi, tipik davranışlardan qaynaqlanan tarixi səhvinin növbəti təkrarıdır.

Rusiyanın AZAL-ın təyyarəsini vurması ilə bağlı Azərbaycanın haqlı möveyinə qarşı başladığı ideoloji kompaniya “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında” qurmasına dairbəndinə kobudcasına etinasızlıqdır.

Rusiyanın təyyarə qəzasının faciəvi nəticələrinə görə məsuliyyətdən yayınma cəhdləri və üstəlikAzərbaycana qarşı qərəzli mövqe sərgiləməsini informasiya müharibəsi səviyyəsinə qaldırması iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsinə xidmət edir və həm dəbunun arxasında ciddi ssenarilərin olduğu qənətini ortaya qoyur.

Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri bu ölkəninsivil münüsibətlər çərçivəsində davranan ölkə olmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Rusiyaın davranışları Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionunuzda yaratdığı yeni situasiyanın təsiri ilə Cənubi Qafqazda formalaşmağa başlayan yeniregional arxitektiranın sabitsizləşdirilməsinə xidmət edir, Ermənistanın Azərbaycana qarşı təxribatlarına yol açır. Bu,həm də Rusiyanın regionumuzda itirdiyi mövqenin yenidənbərpası cəhdinin işartılarıdır.

Rusiya təzyiq vasitəsi kimi növbəti dəfə miqrant amilindən istifadə edir.Rusiyada olan soydaşlarımıza qarşı təzyiqlər,çirkin kompaniya getdikcə güclənir. Rusiya Dövlət Dumasının deputatıNikolay Valuyevin dili ilə təhqirlərlə müşayət olunmuş formada Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, iş adamlarının biznesininməhdudlaşdırılması, bu ölkə ərazisində yaşayan azərbaycanlı miqrantların qovulması, vərəndaşlığı olan azərbaycanlıların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsi təklif edilir. Rusiyanın Qərbin sanksiyalara məruz qalmaqla getdikcə zəiflədiyi və getdikcə daha çox dərəcədə təklənməyə doğru getdiyi bir şəraitdə onun təsərrüfatının həyatı əhəmiyyət kəsb edən sahələrinin hələ də ayaqda qalmasında miqrantların rolu çox böyükdür. Ona görədə Rusiyanın Azərbaycana qarşı bu qərəzli mövqeyi,təhdidlər və şovinist xarakterli çağırışlar bumeraq effekti verib, onun təkcə Azərbaycanla yox, əksər MDB ölkələri ilə münsibətlərdəki soyuqluğun daha da artmasına gətirib çıxarmaqla, daha çox onun özünə qarşı çevriləcək, onsuz da daralmış nəfəsliklərini daha da daraldacaq.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarə ətrafında cərayan edən hadisələr zamanıRusiyanın davranışlarınövbəti dəfə göstərdi ki,Rusiyadan bizə,ümumiyyətlə postsovet məkanına aid olan yeni müstəqil dövlərlərin heç birinə strateji müttəfiq olmaz. Ona görə ki, bunun üçün Rusiya gərək özünü fikirdə,sözdə və əməld etibarlı müttəfiq olmaq bacarəğını nümayiş etdirə bilsin.Hələlik Rusiya bunu heç bir postsovet ölkəsinə münasibətdə davamlı şəkildə nümayiş etdirə bilməyib. Ona görə də Rusiya ilə yalnz dövlət maraqları üst-üstə düşən zaman kəsiklərində və konkret situasiyalarla bağlı bir müddət birgə addımlamaq, tərəfdaşlıq etmək olar...Qalan vaxtlarda bütün ölkələrə münasibətdə olduğu kimi, Rusiyaya da münasibətdə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas götürülməlidir. Eyni zamanda Azərbaycan bütün qonşuları ilə normal münasibətlər saxlamağa maraqlı olan bir ölkə kimi qonşuluq prinsipinin dəyərləri baxımından və Rusiyada yaşayan soydaşlarımız naminə Azərbaycan münüsibətlərdə yaranmış gərginliyin artan xəttlə inkişaftrayektoriyasına keçməsinintərəfdarıdeyil. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də deyildiyi kimi, mübahisələrin dinc yolla həlli prinsiplərinə sadiqdir və bu əsasda yenə də Rusiya ilə qonşuluq münasibətlərini normal saxlamağa maraqlı ölkədir.

Chosen
7
3
aznews.az

4Sources