EN

"Wall Street" nəhəngi "Ethereum"dakı enişin əsas səbəbini açıqladı

Ən böyük altkoin olan "Ethereum" ("ETH") "Bitcoin" qarşısında zəiflik göstərməyə davam etsə də, "ETH" üçün uzunmüddətli yüksəliş gözləntiləri hələ də qalmaqdadır.  

Valyuta.Az xəbər verir ki, son enişlər zamanı "Ethereum" ən çox dəyər itirən kriptovalyutalardan biri olsa da, "Citi" bankı son hesabatında "ETH"nin əsas göstəricilərinin qiymət azalmasına baxmayaraq gücləndiyini və bazar görünüşünün müsbətə doğru dəyişdiyini bildirib.  

"Coindesk"in məlumatına görə, "Wall Street" bankı "Citi", "Ethereum"un bu il 20%-dən çox dəyər itirməsinə baxmayaraq, ümumi kilidlənmiş dəyərinin ("TVL") kəskin artdığını və bunun "ETH"nin fundamental dayaqlarını gücləndirdiyini qeyd edib.  

Analitiklər son dövrlərdə istifadəçi aktivliyində dəyişkənliyin müşahidə olunduğunu, lakin buna baxmayaraq, ABŞ-də spot ETH birja fondlarına ("ETF") investisiya axınının davam etdiyini və "ETH"yə marağın artdığını vurğulayıblar. 

"Citi" analitiklərinin açıqlamasında bildirilib: "İstifadəçi aktivliyi son həftələrdə dəyişkən olsa da, bazanın o qədər də qeyri-müəyyən olmadığı görünür. Çünki "ETF" investisiya axını və axtarış marağı artır."

Bundan əlavə, "Citi" ABŞ Prezidenti Donald Tramp və onun ailəsinin layihəsi olan "World Liberty Financial"ın ("WLFI") 200 milyon dollardan çox "ETH" saxladığını və bunun ABŞ-nin "ETH" və kriptovalyutalara yönəlik siyasətini dəstəkləyə biləcəyini qeyd edib. Analitiklər bildiriblər ki, ""ETH"nin saxlanması ABŞ-nin kriptovalyuta sektoruna dəstəyini gücləndirmək üçün əlavə motivasiya ola bilər."

Sonda "Citi" analitikləri "ETH"dəki eniş və zəifliyin hazırda 60%-i ötən çoxillik zirvələrə çatan "Bitcoin" üstünlüyünün artması ilə eyni vaxta təsadüf etdiyini və əsas səbəbin də məhz bu tendensiya olduğunu vurğulayıblar.  

Rəhim

Chosen
21
valyuta.az

1Sources