EN

Şəmkirdə subartezian quyuların PROBLEMİ VİDEO

Əkiblər, amma sahələrini suvarmağa su tapa bilmirlər...

Xezerxeber.az-ın xəbərinə görə, Şəmkirin Qapanlı kəndinin sakinləri deyirlər ki, illərdir fəaliyyətsiz qalan artezian quyuları onlara təsərüfat fəaliyyəti ilə məşğul olmağa imkan vermir.

Sakinlərin sözlərinə görə, subartezianların bəziləri 90-cı illərdən işləmir, bəziləri isə sonradan xarab olub və bura gələn elektrik xətləri sökülüb. 

Məsələ ilə bağlı Şəmkir rayon Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, problemin cari il ərzində həll edilməsi üçün müvafiq addımlar atılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
14
xezerxeber.az

1Sources