EN

Əfqanıstanda kamikadze hücumu

Bu gün Əfqanıstanın şimalındakı Kunduzda kamikadze hücumu nəticəsində beş nəfər, o cümlədən Taliban təhlükəsizlik qüvvələrinin üzvləri və şəhərdə bankı mühafizə edən mülki şəxslər həlak olub.

Səhər saatlarında “əldəqayırma partlayıcılarla təchiz edilmiş kamikadze”nin həyata keçirdiyi terrorda 7 nəfərin yaralandığını deyən yerli polisin sözçüsü Cumauddin Həqsarın, hələlik heç kimin məsuliyyəti üzərinə götürmədiyini bildirib.

Rəsmi bildirib ki, öldürülənlər arasında mülki şəxslər, hökumət işçiləri və Taliban təhlükəsizlik qüvvələrinin üzvləri var.

“Kunduz əyalət polis idarəsi hadisəyə görə kimin məsuliyyət daşıdığını öyrənmək və onları məsuliyyətə cəlb etmək üçün müvafiq qurumlarla işləyir”, – deyə Həqsar bildirib.

Ötən ilin martında bir kamikadze bombanı ölkənin cənubundakı Qəndəhar şəhərində bir bank qarşısında partladıb, ən azı üç nəfərin ölümünə səbəb olan Terroru İŞİD-in bölgədəki qolu öz üzərinə götürüb.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən və ABŞ-ın dəstəklədiyi hökuməti devirdikdən sonra Əfqanıstanda partlayışların və kamikadze hücumlarının sayı xeyli azalıb.

Lakin İŞİD də daxil olmaqla bir sıra silahlı qruplaşmalar təhlükə yaratmaqda davam edir.

Chosen
108
vaxt.az

1Sources