EN

Taekvondoçumuz Türkiyə 3-cü olub - FOTO

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandamız medal qazanıb.

İdman.biz xəbər verir ki, Minayə Əkbərova (46 kq) böyüklər arasında bürünc medala layiq görülüb.

Medala gedən yolda idmançımız 4 rəqibi üzərində qələbə qazanıb. O, yarımfinalda türkiyəli idmançıya məğlub olaraq, bürünclə kifayətlənib.

Qeyd edək ki, dünən keçirilən yarışda Ülvi Məmmədov (37 kq) gümüş medala sahib çıxıb.

İdman.biz

Chosen
15
idman.biz

1Sources