Demokart.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).
M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-breykdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədova ilə tay-breykdə qarşılaşacaq.
Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-breykdə müəyyənləşəcək.
10Sources
-
demokrat.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib ( 15408477)
-
futbolpress.azAzərbaycan çempionatında ilk finalçı bilindi ( 15407263)
-
xalqqazeti.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub ( 15407189)
-
arena.azŞahmat: Azərbaycan çempionatında ilk finalçı bəlli oldu ( 15407045)
-
rekord.azİlk finalçı müəyyənləşdi ( 15406815)
-
hurriyyet.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib ( 15406487)
-
referans.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum oldu - FOTO ( 15405771)
-
sia.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub ( 15405645)
-
far.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib ( 15405643)
-
unikal.azŞahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi - FOTOLAR ( 15405657)