EN

Coşqun Diniyevdən Türkiyədə möhtəşəm debüt: 2 qol vurdu

Azərbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyənin \"Çorum\" klubunda debüt matçında möhtəşəm çıxışı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqasının 24-cü turunda baş tutan \"Yeni Malatyaspor\"la görüşdə komandasının hər iki qolunu vuraraq \"Çorum\"a 2:0 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 38-ə yüksəldən \"Çorum\" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və Superliqaya yüksəlmək uğrunda mübarizəsini davam etdirir.

Qeyd edək ki, Coşqun Diniyev qış \"transfer pəncərəsi\"ndə \"Bandırmaspor\"dan ayrılaraq \"Çorum\" klubuna keçib.
Chosen
26
1
azxeber.com

10Sources