Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda ana 1 yaşlı körpəsini dənizə atıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 30 yaşlı ana, Kevser C-nin psixoloji problemləri var imiş.
Uşağın dənizdən çıxarılmasına ətrafdakı insanlar da yardım edib.
Sağlamlıq qrupunun ilk yardımından sonra körpə təcili yardımla Seferihisar Dövlət Xəstəxanasına aparılsa da, onun ölüm təhlükəsinin olduğu bildirilir.
Hadisədən sonra ana həbs olunaraq həbsxanaya yerləşdirilib.