EN

Rusiyadan təxribatla bağlı xəbərdarlıq

Ukrayna xüsusi xidmət orqanları Qərb hakimiyyətinin dəstəyi ilə Rusiya əleyhinə bir sıra təxribatlar həyata keçirməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti belə açıqlama verib. Açıqlamaya görə, hücumlardan biri də Baltik dənizində Rusiya istehsalı olan minalarla xarici gəminin partladılması və hadisəyə görə Rusiyanın ittiham edilməsidir. Xəbərə görə, Ukrayna və Qərb kəşfiyyat xidmətlərinin fikrincə, belə bir əməliyyat NATO-nu Rusiyanın Baltik dənizinə çıxışını bağlamağa məcbur edəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, Kiyev Avropanın xüsusi xidmət orqanları ilə birlikdə xaricdə yaşayan Rusiya müxalifətinin nümayəndələrinə və onun hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlar hazırlayır.

Chosen
18
34
metbuat.az

10Sources