EN

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

London, 12 fevral, AZƏRTAC

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın qlobal polad tarifləri qərarından sonra Vaşinqtonla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

AZƏRTAC-ın “The Independent”ə istinadən verdiyi məlumata görə, Britaniyanın ticarət naziri Duqlas Aleksandr bildirib ki, London hər iki tərəfin maraqlarına uyğun həll yolları tapmaq üçün dialoqa açıqdır.

Xatırladaq ki, Ağ Ev polad idxalına 25 faiz, alüminiuma isə əlavə rüsumlar tətbiq etməyi planlaşdırır. Britaniya hökuməti ABŞ ilə xüsusi münasibətlərin çox yaxşı olduğunu vurğulasa da, yerli polad sənayesinin bu tariflərdən ciddi təsirlənəcəyinə dair narahatlıqlar artır.

Eyni zamanda, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Trampın qərarını əsassız adlandıraraq, Aİ-nin bunu cavabsız buraxmayacağını bildirib.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
37
1
azertag.az

2Sources