EN

Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır

Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına alternativ təqdim etməyə hazırdır.

 
Moderator.az Report - a istinadla xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi “Al Jazeera” telekanalına şərhində bildirib.
 
Nazirin sözlərinə görə, ərəb ölkələri Trampın planına alternativ təqdim etməyə və Qəzza zolağında humanitar fəlakətə son qoymağa qadirdir.
 
Əl-Səfadi bildirib ki, İordaniya tərəfi ABŞ-a səfəri zamanı Amerika liderinə fələstinlilərin qovulmasına deyil, ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədi daşıyan mövqeyini açıqlayıb:
 
“Biz Qəzzanın əhalisini köçürmədən yenidən qurulmasına əsaslanan ərəb planı üzərində işləyirik”.
Chosen
5
4
moderator.az

10Sources