Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb. O, bu matçda "Çorum"un iki qolunu vurub və komandasına qələbə qazandırıb.
"Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu pillədə qərarlaşıb.
"Çorum" - "Yeni Malatyaspor" 2:0
Qollar: Çoşqun Diniyev, 13, 49