EN

Türkiyə: ABŞ Konqresi Türkiyəyə F-35 qırıcıları tədarük etməyi nəzərdən keçirə bilər

ABŞ Konqresi Ankaranın Rusiyadan S-400 sistemlərini alması səbəbindən əvvəllər ləğv edilən F-35 qırıcılarının Türkiyəyə tədarükü məsələsinə baxa bilər.

Türkiyə qəzetinin məlumatına görə , ABŞ Konqresinin Araşdırma Xidməti (CRS) Türkiyənin Böyük Britaniya və Kanada ilə birlikdə F-35 proqramının ilk səkkiz beynəlxalq tərəfdaşından biri olduğunu vurğulayan hesabat hazırlayıb.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə keçmiş koordinatoru Con Kirbi bəyan etmişdi ki, Türkiyəyə F-35-lərin tədarükü onun Rusiya hava hücumundan müdafiə sistemlərinə malik olması ilə bir araya sığmır.

F-35 qırıcısı keçən ay Alyaskada qəzaya uğrayıb.

DOĞRU.AZ

Chosen
23
5
dogru.az

10Sources