Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına alternativ təqdim etməyə hazırdır.
Sitat.info xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi “Al Jazeera” telekanalına şərhində bildirib.
Nazirin sözlərinə görə, ərəb ölkələri Trampın planına alternativ təqdim etməyə və Qəzza zolağında humanitar fəlakətə son qoymağa qadirdir.
Əl-Səfadi bildirib ki, İordaniya tərəfi ABŞ-a səfəri zamanı Amerika liderinə fələstinlilərin qovulmasına deyil, ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədi daşıyan mövqeyini açıqlayıb:
“Biz Qəzzanın əhalisini köçürmədən yenidən qurulmasına əsaslanan ərəb planı üzərində işləyirik”.