EN

iPhone istehsalçısından "Nissan" açıqlaması

Tayvanda yerləşən texnologiya nəhəngi Foxconn-un sədri Young Liu, şirkətinin Yapon avtomobil istehsalçısı Nissan ilə əməkdaşlıq etmək niyyətində olduğunu, lakin heç bir satın alma planının olmadığını açıqlayıb.

Marja.az xəbər verir ki, Nissan çətin bir dövr keçirir. Şirkətin keçən həftə Honda ilə birləşmə danışıqlarını dayandırdığı barədə məlumat yayılıb. Birləşma baş tutsaydı, dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı yaranacaqdı. 

Reuters-in məlumatına görə, Nissan Foxconn ilə əməkdaşlığa açıqdır. Apple-ın əsas iPhone istehsalçısı olan Foxconn dünyanın ən böyük elektronika istehsalçısı kimi tanınır.

Tayvanın paytaxtı Taypey yaxınlığındakı şirkətin qərargahında jurnalistlərə açıqlama verən Young Liu, "Məqsədimiz Nissan-ın səhmlərini almaq deyil, əməkdaşlıq etməkdir" deyib.

Həmçinin Liu Nissan-ın səhmdarı olan Fransanın avtomobil istehsalçısı Renault ilə əməkdaşlıq danışıqları apardıqlarını açıqlayıb.

Chosen
8
marja.az

1Sources