EN

Rusiyada 300 balıqçı sahildən ayrılan buzun üstündə qaldı, amma xilas edilmək istəmirlər - SƏBƏB

Rusiyanın Saxalin adasında 300 balıqçı sahildən ayrılan buzun üstündə qalıblar.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər, texniki vasitələr və "Mi-8" helikopteri göndərilib.

Hazırda Rusiya FHN əməkdaşları buzlaq üzərində ilişib qalan balıqçılardan azı 109 nəfərini xilas ediblər: 44 nəfər "Mi-8" helikopteri ilə buzlaqdan götürülüb, daha 65 nəfər isə qayıqlarla təxliyə edilib.

Lakin balıqçılardan bəziləri ovlarını götürmədən təhlükəli zonadan çıxmaqdan imtina edirlər. Rusiya FHN-nin xilasediciləri onları həyatlarının təhlükədə olduğuna inandırmağa çalışırlar, lakin balıqçılar inadkarlıq edirlər.

Mənbə: oxu.az

Chosen
9
oxu.az

1Sources