EN

2026-cı ilə qədər bu avtomobil modellərinin istehsalı dayandırılacaq ? Siyahı

Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.

Bu barədə Pravda.ru məlumat yayıb.

Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.

Hansı modellər daha istehsal olunmayacaq?

?Porsche 718? ? ?Boxster? və ?Cayman? modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.

?Porsche Macan? ? benzinlə işləyən versiyası elektrikli ?Macan EV?ə yol açaraq bazarı tərk edəcək.

?BMW 8 Series? ? aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.

?Lexus RC? ? idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.

?Mercedes-Benz GLC Coupe? ? kupevari SUV populyarlığını itirərək yerini ?GLC?nin klassik versiyalarına verir.

?Infiniti QX50? ? brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.

Bu modellər niyə tarixə qovuşur?

Elektromobillərin artımı ? şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.

Krossoverlərin populyarlığı ? alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.

Xərclərin optimallaşdırılması ? istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.

Chosen
51
7
banker.az

10Sources