EN

ABŞ-nin konsulluqlarının bağlanması da gündəmə gəldi

ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər. 

Demokratikmusavat.com xəbər verir ki,  bu barədə "NBC" telekanalı məlumat yayıb.

Bildirilir ki, bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir. Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti də öz növbəsində konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib.

Qeyd edək ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlayır.

Həmidə İbrahimova

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources