Gələcəyin lideri olmaq, biliklərini artırmaq və unikal təcrübələr qazanmaq istəyənlər bu proqrama qoşula bilər.
QHT.az proqram haqqında məlumat verir:
• Müddət: 4 ay
• İştirakçılar 3 departament üzrə seçiləcək: Uşaqlarla İş, Layihələrin İdarəedilməsi, İKT.
• Müxtəlif tədbirlərdə iştirak və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
Proqramı uğurla başa vuranlara sertifikat təqdim ediləcək. Seçim prosesi isə hər departament üzrə 5 nəfər olmaqla, ümumilikdə 15 iştirakçı müsahibə nəticəsində seçiləcək. Son qeydiyyat tarixi: 21.02.2025
Qeydiyyat linki: https://forms.gle/icEum5CcDa6P21Bo6