Egey dənizində 5,1 bal gücündə zəlzələ baş verib.
Demokratikmusavat.comxəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 05:14-də qeydə alınıb. Təbii fəlakətin episentri 5,1 bal gücündə qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Dağıntı və ya insan təlafatı barədə məlumat verilməyib.
Həmidə İbrahimova