EN

Prezident İlham Əliyev: Bazarlarını bütün dünyaya açmaqla ÜTT-yə üzv ölkələr rəqabəti artıracaq, lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər

Bakı. Trend:

Bazarlarını bütün dünyaya açmaqla ÜTT-yə üzv ölkələr rəqabətiartıracaq, lakin, eyni zamanda, onlar yerli istehsalçılarınmaraqlarına ziyan vura bilərlər.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısınınmüsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

Dövlət başçısı bildirib:

"Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik,baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki,danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqiyekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm,ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya TicarətTəşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr özbazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizmüsullarından istifadə edirlər və bu da Ümumdünya TicarətTəşkilatının prinsiplərinə tamamilə ziddir.

Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda,biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizinarahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimizmövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixracpotensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadəkbizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçünÜmumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkəəmtəələrini bazarda satır.

Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya TicarətTəşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda,onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər.Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlarprosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mənartıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir.Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var.Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xariciborcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyazlazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eynizamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istərikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində,istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesabedirəm ki, proses daha da rəvan gedər".

Chosen
35
12
az.trend.az

10Sources