ÖtÉ™n gün Almaniyanın Hamburq ÅŸÉ™hÉ™rindÉ™ qatar qÉ™zası baÅŸ verib.Â
News24.az xəbər verir ki, tonlarla polad relsləri daşıyan yük maşını ağır yük səbəbindən vaxtında keçə bilmədiyi üçün azı 250 sərnişinin olduğu qatarla toqquşub.
Qəza nəticəsində 55 yaşlı sərnişin ölüb, 25 nəfər yaralanıb. 103 nəfərlik xilasetmə və təcili yardım qrupunun çalışdığı qəzada yaralılardan bəziləri helikopterlə xəstəxanaya göndərilib.
Yük maşınının sürücüsü ehtiyatsızlıqdan adam öldürmə və dəmir yolu hərəkətinə təhlükə törətmək ittihamı ilə saxlanılıb.
Hamburq polisi və federal polis hadisə ilə bağlı araşdırmaya başladıb, qatar xətti müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Günel Məlikzadə