![Vergi](https://1news.az/images/2025/02/12/20250212022902819/thumb.jpg?2025-02-12+14%3A29%3A38)
Tədbirin açılış nitqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov tərəfindən ediləcək. Panellərimiz, moderator və spikerlərimizlə tanış ola bilərsiniz. Maliyyə riskləri və uçot
Moderator: Vüsal Səlimov – "Good Finance" MMC-nin direktoru
Spikerlər: Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov – (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov – (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi) Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?
Moderator: Elsevər İbadov – Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi
Spikerlər: Teymur Əşrəf (“Good Finance” MMC, vergi konsultantı), Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi) Vergilər: Menecment və Vizyon
Moderator: Elçin Əkbərov – "Consulting Group" MMC-nin həmtəsisçisi və direktoru
Spikerlər: Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov (Bizcon Audit MMC, Auditor), Günel Sadıyeva (PwC Azerbaijan, Vergi direktoru), Namiq Dərgahov (Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini), Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini) Bu panellər iştirakçılara bilik və təcrübə qazandırmaqla yanaşı, sahənin peşəkarları arasında şəbəkələnmə və yeni əməkdaşlıqlar üçün unikal imkan yaradacaq. Panel müzakirələri zamanı iştirakçılar real təcrübələr, praktik nümunələr və uğurlu biznes modelləri ilə tanış olacaq, aktual problemlərin həlli yollarını müzakirə edəcəklər. Tədbirdə iştirak edərək vergi və mühasibatlıq sahəsində ən son yenilikləri öyrənə, aparıcı mütəxəssislərlə əlaqələr quraraq sektorda mövqeyinizi gücləndirə və biznesiniz üçün dəyərli biliklər əldə edə bilərsiniz. Bundan əlavə, interaktiv müzakirələr və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar sahə üzrə ekspertlərin tövsiyələrindən birbaşa faydalana biləcəklər. Vergi və mühasibatlıq sahəsinin peşəkarlarını VMZ2025-ə qoşulmağa dəvət edirik! Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz. https://www.instagram.com/vmzbaku/ https://www.facebook.com/vmzbaku/
https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true