Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, bütün ödənişli sərnişinlərin 21,1 %-i deməkdir.
Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)
Yanvarda “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.