EN

Ukraynada böyük vəzifədə çalışan rus casusu ələ keçirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Antiterror Mərkəzinin qərargah rəisi Dmitri Kozyur Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FTX) "çalışdığına" görə bugün səhər ələ keçirilib.

Bizim.Media UNİAN-a istiandən xəbər verir ki, UTX-nin rəhbəri Vasil Malyuk onun tutulması üçün keçirilən əməliyyata şəxsən rəhbərlik edib.
 

O, bununla bağlı Ukraynanın Ali Baş Komandanına və prezident Volodimir Zelenskiyə məlumat verib.


Cinayəti törədən şəxs tərəfindən 14 qanunsuz fəaliyyət epizodu sənədləşdirilib.

Casus uzun müddət Rusiya tərəfinə dezinformasiyalar ötürüb.

UTX yaxın vaxtlarda xüsusi əməliyyatın təfərrüatlarını açıqlamağı planlaşdırır.

Bizim.Media

Chosen
9
1
bizim.media

2Sources