EN

Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

Elm və Təhsil Nazirliyi ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Bu çərçivədə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək. 

Məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın sağlamlıq arayışı tibbi yoxlanışdan keçdikdən 48 saat ərzində sistem üzərindən elektron qaydada valideynin şəxsi kabinetində və qəbul olunduğu təhsil müəssisənin inzibatçı kabinetində əks olunacaqdır. Bu yeniliyə əsasən, valideynlər artıq uşağın sağlamlıq haqqında tibbi arayışını çap edib təhsil müəssisəsinə fiziki şəkildə təqdim etməyə ehtiyac duymayacaqlar. 

Tətbiq ediləcək bu yenilik sənədləşmə prosesini sürətləndirəcək, şəffaflığı artıracaq, valideynlər üçün əlavə vaxt itkisini aradan qaldıracaq və kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə imkan yaradacaq. Bu da öz növbəsində ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq tullantıların azalmasına və karbon izinin minimallaşdırılmasına töhfə verəcək. 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi 2022-ci ildən etibarən www.bq.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Chosen
10
2
tehsil.biz

3Sources