EN

U-17 millimiz “Qarabağ”a 3 cavabsız qolla qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, millimiz “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun milli komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurublar.

Xatırladaq ki, U-17 millimiz fevralın 14-dən 22-nə qədər Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.

Chosen
34
8
arena.az

10Sources